Gəncədə piyada zəncirvari qəzaya səbəb oldu

Gəncədə piyada zəncirvari qəzaya səbəb oldu

Hazırda oxunan: Gəncədə piyada zəncirvari qəzaya səbəb oldu

56680

Yolu düzgün keçməyən piyada Gəncədə zəncirvari qəzaya səbəb olub. 

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləci basıb.

Nəticədə arxada olan “AzSamand” markalı avtomobil ona, “VAZ 2106” isə sonuncuya dəyib.

Şahidlərin sözlərinə görə, sürücünün qəfil əyləci basmasına səbəb yolu düzgün keçməyən piyada olub. 

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO