Zərdüşt Əlizadə: “İndi ASALA yoxdur, onun arxasında “KQB” dayanırdı”

Zərdüşt Əlizadə: “İndi ASALA yoxdur, onun arxasında “KQB” dayanırdı”

Hazırda oxunan: Zərdüşt Əlizadə: “İndi ASALA yoxdur, onun arxasında “KQB” dayanırdı”
56529
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənilərin ASALA terror təşkilatı “yubiley” bəyanatı yayıb. 

İndi məğlub duruma düşürülmüş ermənilər ASALA-nın əli ilə hansı oynları oynamağa çalışırlar, yeni terror hadisələrinin həyata keçirilməsi mümkündürmü? 

“Mümkün deyil. ASALA yoxdur. Yubiley bəyanatları yəqin ki, informasiya oyunudur. ASALA vaxtı ilə yarananda onun arxasında ciddi təşkilatlar dayandırdı”, - deyə açıqlamasına başlayan Zərdüşt Əlizadə erməni terrorçularına dəstək verənlər arasında SSRİ DTK-nın da adını çəkib.

Bizim.Media ilə dialoq zamanı politoloq bildirib ki, Fələstin Azadlıq Hərəkatına dəstək üçün bəzi Qərb təşkilatları da köməyini ASALA-dan əsirgəməyib. 

Sadəcə olaraq, hazırda həmin təşkilatların siyasi oyunları başqa formata keçib:

“ASALA aktuallığını itirib. Yubiley bəyanatları və s. trollinqdir. Buna sataşmaq, əsəbiləşdirmək deyirlər, amma ortada əməli iş yoxdur”.

Politoloqun sözlərindən belə anlaşılıb ki, ermənilər informasiya savaşlarının psixoloji təsir etapına keçiblər və Böyük Qayıdışa hazırlaşan Azərbaycan vətəndaşlarını qorxutmaq niyyətindədirlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO