Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycanda sənaye istehsalı artıb

Hazırda oxunan: Azərbaycanda sənaye istehsalı artıb
55411
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2021-ci ildə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 54,5 milyard manatlıq və yaxud 2020-ci illə müqayisədə 5,2% çox sənaye məhsulu istehsal edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən il sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,9% artıb.

Sənaye məhsulunun 64,5%-i mədənçıxarma sektorunda, 29,9%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,1%, əmtəəlik qaz hasilatı 23% artıb.

Emal sektorunda tikinti materiallarının istehsalı 80,6%, əczaçılıq məhsullarının istehsalı 58,3%, tütün məmulatlarının istehsalı 54,0%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,7%,

dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 29,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 26,8%, kağız və karton istehsalı 26,5%, kimya sənayesi məhsullarının istehsalı 25,5%, mebel istehsalı 24,8%,
 

avtomobil, qoşqu və yarımqoşquların istehsalı 21,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,4%, hazır metal məmulatlarının istehsalı 17,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 16,9%,


neft məhsullarının istehsalı 13,4%, qida məhsullarının istehsalı 10,2%, kompüter, elektron və optik məhsulların istehsalı 8,3%, içki istehsalı 2,3% artmış, maşın və avadanlıqların istehsalı 9,1%,

elektrik avadanlıqlarının istehsalı 11,2%, geyim istehsalı 21,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 38,3%, poliqrafiya məhsullarının istehsalı 45,2%, sair nəqliyyat vasitələrinin istehsalı 92,6% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 18,2% artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO