Fərid Şəfiyev:

Fərid Şəfiyev: "Azərbaycan və Ermənistan delimitasiya ilə bağlı şifahi razılığa gəlib”

Hazırda oxunan: Fərid Şəfiyev: "Azərbaycan və Ermənistan delimitasiya ilə bağlı şifahi razılığa gəlib”
55394
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakı və İrəvan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın yaradılması barədə şifahi razılıq əldə edib”. 

Bizim.Media xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Azərbaycan və Ermənistan delimitasiya ilə bağlı komissiyanın yaradılması barədə şifahi razılıq əldə edib. Hesab edirəm ki, delimitasiya ilə bağlı sənədin imzalanması vacibdir”, - deyə o bildirib.

Sədr hesab edir ki, bu il Ermənistanla sülh sazişinin imzalanmasına nail olmaq mümkün olmayacaq.

“Ermənistan əhalisinin əksəriyyəti Nikol Paşinyana səs verib. Ancaq hər üç şəxsdən biri ona qarşı çıxış edir. Bunu da nəzərə almaq lazımdır. Bəzi qurumlar Ermənistanda Paşinyanın siyasətini dəstəkləmir”, - deyə o vurğulayıb.

Bu gün Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü şərh edən F.Şəfiyev qeyd edib ki, bəzi qüvvələr Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəmir. “Ermənistanın indiki siyasəti üçüncü dövlətlər tərəfindən müəyyən olunur. Bəzi dövlətlər Azərbaycan və Ermənistan arasında, o cümlədən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını istəmirlər”, - deyə sədr vurğulayıb.

O əlavə edib ki, Bakının hədəfi güc tətbiq etmədən Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməkdir.

“Bizim məqsədimiz diplomatiya yolu ilə Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməkdir. Prezidentin bəyan etdiyi kimi, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq”, - deyə F.Şəfiyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO