Hafiz Paşayev: “Biz Rusiyanın dəstəyini həmişə hiss etmişik”

Hafiz Paşayev: “Biz Rusiyanın dəstəyini həmişə hiss etmişik”

Hazırda oxunan: Hafiz Paşayev: “Biz Rusiyanın dəstəyini həmişə hiss etmişik”
50945
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri Brüsseldə keçirilən görüşdən çox şey gözləyirlər. Biz regionda sabitliyin təmin olunması baxımından Rusiyanın dəstəyini həmişə hiss etmişik və ümid edirəm ki, bundan sonra da görəcəyik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ADA Universitetinin rektoru Hafiz Paşayev dekabrın 16-da “İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransda deyib.

Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku bu tədbirdə görməkdən məmnun olduğunu diqqətə çatdıran rektor Azərbaycan-Rusiya əlaqələrinin dərin kökləri olduğunu deyib.
 

İnnovasiyalar və startaplardan danışan Hafiz Paşayev yaxşı, müştərək işlər görməyin, tədqiqatlar aparmağın vacibliyini vurğulayıb və bunun elm və tərəqqi üçün səmərəli olduğunu qeyd edib.


“Azərbaycan-Rusiya mütəxəssislərinin elm sahəsində müştərək tədqiqatlar aparması inteqrasiya prosesi çərçivəsində çox vacibdir”, - deyə H.Paşayev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO