“Beynəlxalq Türk Dili Günü” nə zaman təsis ediləcək? - XİN-dən AÇIQLAMA

“Beynəlxalq Türk Dili Günü” nə zaman təsis ediləcək? - XİN-dən AÇIQLAMA

Hazırda oxunan: “Beynəlxalq Türk Dili Günü” nə zaman təsis ediləcək? - XİN-dən AÇIQLAMA
50851
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün "Beynəlxalq Türk Dili Günü"nün təsis edilməsinə dair onlayn formatda dəyirmi masa keçirilib.

Xarici İşlər Nazirliyindən (XİN) Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Türk Dövlətləri Təşkilatına daxil olan qurumların və Azərbaycan, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyənin YUNESKO üzrə Milli Komissiyalarının nümayəndələri, həmçinin dövlət rəsmiləri və elm adamları iştirak edib.

Tədbirdə Azərbaycan tərəfindən səfirlər Həsənov, Vilayət Quliyev, millət vəkili Nizami Cəfərov, xüsusi tapşırıqlar üzrə səfir - YUNESKO üzrə Milli Komissiyanın Baş katibi Seymur Fətəliyev iştirak və çıxış ediblər.

Çıxışlar zamanı "Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi ilə bağlı təşəbbüsün türkdilli dövlətlər üçün mühüm əhəmiyəti vurğulanıb və Azərbaycanın bu təşəbbüsü dəstəklədiyi bildirilib.

Bu təşəbbüsə YUNESKO-da baxılması üçün müvafiq tədbirlərin davam etdirilməsi və bu istiqamətdə türkdilli ölkələrin səylərinin səfərbər edilməsinin vacibliyi qeyd olunub.

Bizim.Media

“Beynəlxalq Türk Dili Günü” nə zaman təsis ediləcək? - XİN-dən AÇIQLAMA - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO