Putin təcili iki diplomatı Bəşər Əsədin yanına göndərdi – DETALLAR

Putin təcili iki diplomatı Bəşər Əsədin yanına göndərdi – DETALLAR

Hazırda oxunan: Putin təcili iki diplomatı Bəşər Əsədin yanına göndərdi – DETALLAR
47093
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin şənbə günü Suriya prezidenti Bəşər Əsədlə ölkədəki mövcud vəziyyəti və suriyalılara humanitar yardımı müzakirə ediblər.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda informasiyanı Rusiyanın diplomatik mənbələri yayıb.

Rusiya Müdafiə Nazirliyinin nümayəndələrinin də olduğu heyət Suriya prezidenti tərəfindən qəbul edilib.

"Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq bütün suriyalılara hərtərəfli humanitar yardımın səfərbər edilməsi vurğulanıb, Suriya və onun ətrafında mövcud vəziyyət geniş müzakirə edilib. Bu baxımdan sabitliyin qorunmasının vacibliyi qeyd edilib. Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qətnamələrində bildirildiyi kimi, Dəməşq milli əraziləri üzərində suverenliyini və nəzarətini bərpa etmək üçün əməli tədbirlər həyata keçirir", - Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Xatırladaq ki, Suriyada 2011-ci ildən silahlı qarşıdurma davam edir. 2017-ci ildən Nur-Sultanda “Astana formatı” kimi tanınan danışıqlar aparılır və 2018-ci ilin yanvarında Soçidə Suriya Milli Dialoq Konqresi baş tutub. Məqsəd ölkədə konstitusiya islahatlarını həyata keçirməkdir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO