Azərbaycan Pakistandan qırıcı alır

Azərbaycan Pakistandan qırıcı alır

Hazırda oxunan: Azərbaycan Pakistandan qırıcı alır
44320
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Pakistandan "JF-17 Thunder" qırıcılarının satın alınmasına maraq göstərib.

Bizim.Media bu barədə Pakistan KİV-lərinə istinadən məlumat verir.

Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehman Novruzov yerli mətbuata açıqlamasında ölkənin bu qırıcılara marağını təsdiq edib.

Onun sözlərinə görə, Azərbaycan "JF-17 Block 3" modifikasiyalı qırıcını əldə etmək niyyətindədir.

Qeyd edək ki, "JF-17 Block 3" ilk uçuşunu 2019-cu ilin dekabrında həyata keçirib. Bu model pilot kabinəsinin modernləşdirilmiş elektron avadanlıqlarına və radiolokasiya sisteminə malikdir.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO