Türkiyədə yaşayan Krım tatarları Rusiyanın Krım Muxtar Respublikasına hərbi müdaxiləsinə qarşı etiraz aksiyası keçirib.
Moderator.az ANS PRESS-ə istinadən məlumat verir ki, İstanbuldakı Rusiya baş konsulluğunun qarşısında keçirilib.
Nümayişçilər əllərində Türkiyə, Ukrayna və Krımın bayraqlarını daşıyıblar. Krım şəhidləri bir dəqiqəlik sükutla yad edilib.
“Krım tatarları olaraq Krımdakı qardaşlarımızın yanındayıq. Ukraynanın ərazi bütövlüyünü sonadək dəstəkləyəcəyik. Biz Ukrayna ilə birlikdə yaşamaq istəyirik”, deyə askiya iştirakçılarının bəyanatında bildirilir.
Nümayişçilər “Krım türkdür, türk olaraq qalacaq”, “Millət, vətən, Krım”, “Rusiya, çaşma, səbrimizi daşırma”, “Krımda azanlar susmayacaq” kimi şüarlar səsləndiriblər.
































































































