Fransanın sabiq prezidenti koronavirusdan öldü

Fransanın sabiq prezidenti koronavirusdan öldü

Hazırda oxunan: Fransanın sabiq prezidenti koronavirusdan öldü
4151
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın keçmiş prezidenti Valeri Jiskar d Esten 94 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Valeri Jiskar d Esten adına vəqfi məlumat verib.

Məlumatda bildirilib ki, sabiq prezident koronavirus səbəbindən dünyasını dəyişib.

Fransanın prezidenti Emmanual Makron, keçmiş dövlət başçıları Nikola Sarkozi və Fransua Olland Valeri Jiskar d Estenin ölümünə görə başsağlığı veriblər.

D Estenin dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

Xatırladaq ki, Valeri Jiskar d Esten Fransa Respublikasının 20-ci prezidenti olub. O, 1974-1981-ci illərdə  ölkəyə başçılıq. D Esten Avropa İttifaqı Konstitusiyasının müəlliflərindən biridir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO