“Qızların təhsildən kənarda qalmaması əsas prioritetlərimizdəndir” - NAZİR

Hazırda oxunan: “Qızların təhsildən kənarda qalmaması əsas prioritetlərimizdəndir” - NAZİR

41125

Təhsil naziri Emin Əmrullayev 120 il əvvəl əsası Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulmuş Qızlar Məktəbinin yubileyinə həsr olunmuş tədbirdə iştirak edib. 

Bizim.Media xəbər verir ki, nazir bu barədə “Facebook” səhifəsində paylaşım edib. 

O bildirib ki, təhsil ocağı Azərbaycanda qızların dünyəvi təhsilinin əsasını qoymuş, bütün müsəlman Şərqində təhsil sahəsində inqilabi hadisəyə çevrilmişdir.  

“Qızların təhsili cəmiyyətimizin inkişafı və gələcək nəslin tərəqqisi baxımından həlledici rola malikdir. Hazırkı dövrdə ölkəmizin təhsil sahəsində qadınlar aparıcı qüvvədir.  Bəzi hallarda ictimai rəydə kişi müəllimlərin sayca azlıq təşkil etdiyi xüsusi olaraq vurğulanır. Qızların təhsildən kənarda qalmaması, ali təhsilli xanımlarımızın çoxalması, texniki və fundamental elm sahələrində qadın mütəxəssislərin hazırlanması, qız şagirdlərin olimpiadalarda iştirakı, STEAM və proqramlaşdırma tədrisinə cəlb edilməsi Təhsil Nazirliyinin əsas prioritetlərindəndir. 

Bu gün qeyd olunan Beynəlxalq Qızlar Günü münasibətilə bütün qızlarımızı təbrik edir, onlara ölkəmizin inkişafında faydalı vətəndaş olmağı arzulayıram”, - deyə nazir qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO