Fərid Qayıbovdan futbolla bağlı AÇIQLAMA: “Bunu AFFA da istəyir” 

Fərid Qayıbovdan futbolla bağlı AÇIQLAMA: “Bunu AFFA da istəyir” 

Hazırda oxunan: Fərid Qayıbovdan futbolla bağlı AÇIQLAMA: “Bunu AFFA da istəyir” 

0:00
0:00
40365

“Biz də istərdik ki, millimiz Avropa və dünya çempionatında iştirak etsin”. 

Bizim.Media xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “CBC Sport”da yayımlanan “Təkbətək” verilişində qonaq olarkən deyib. 

Nazir son illərdə yerli klubların – xüsusilə “Qarabağ” və “Neftçi”nin avrokuboklardakı nəticələri ilə azarkeşləri sevindirdiyini deyib.  

“Amma istərdik ki, milli komandamız da final mərhələsində iştirak etsin. Bunu AFFA da istəyir. İşlər gedir. Orada da müəyyən çətinliklər var. Əsas məsələ Premyer Liqada komanda sayının azlığıdır. Bu say artmalıdır. Milli assosiasiyada müzakirə etdiyimiz problemlərdən biri də bu oldu. Klublarımızın sayının artması futbolun inkişafında rol oynayacaq. Amma sistemin necə qurulması barədə düşünməli və qərar çıxarmalıyıq. Nazirlik bu işdə AFFA-ya kömək etməyə hazırdır”, - deyə Fərid Qayıbov bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO