Zelenski apardığı siyasəti

Zelenski apardığı siyasəti "güclü" və "təkəbbürlü" adlandırdı

Hazırda oxunan: Zelenski apardığı siyasəti "güclü" və "təkəbbürlü" adlandırdı
39897
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Vladimir Zelenski 2 oktyabr şənbə günü Truskavets şəhərində “Xalqın Xidmətçisi” partiyasının deputatları ilə görüşdə iştirak edib.

Bizim.Media “korrespondent.net” saytına istinadən xəbər verir ki, bu haqda informasiyanı dövlət başçısının mətbuat xidməti yayıb.

Mənbə yazır ki, o, çıxışı zamanı bir sıra açıqlamalar verib.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenskidən və Dövlət Departamentindən Saakaşvilinin saxlanılmasına REAKSİYA


Zelenski yol tikintisinin sürətinə görə Ukraynanın Avropa ölkələri arasında birinci olduğunu deyib.

Onun sözlərinə görə, Prezident Aparatı və Xarici İşlər Nazirliyi Ukraynanın beynəlxalq imici üçün çox işlər görüblər və bu, bu ilin ən vacib qələbəsidir.

"Amma yetərli deyil. Niyə kifayət etmir? Açıqlayacağam. Avropa Birliyinə qəbul olacağımızı gözləməyə vaxtımız yoxdur. Deyirlər ki, daha beş il gözləyək.

Bilirsiniz ki, müharibəmiz var. Mən şikayət etmək istəmirəm. Güclü olduğumuzu düşünürəm. Və bu gün siyasətimiz "təkəbbürlüdür".

Ukraynada qətiyyətli siyasət olmadan heç bir dəyişiklik olmayacaq” deyə o, qeyd edib.

Dövlət başçısı onu da bildirib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkədə güclü işləməyə başlayıb və "müxtəlif maliyyə qrupları, oliqarxlar, dövlət xainləri onun təzyiqini yaşayır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO