44 günlük savaş Cənubi Qafqazda nəyi dəyişdi? - Ukraynalı tarixçidən CAVAB

44 günlük savaş Cənubi Qafqazda nəyi dəyişdi? - Ukraynalı tarixçidən CAVAB

Hazırda oxunan: 44 günlük savaş Cənubi Qafqazda nəyi dəyişdi? - Ukraynalı tarixçidən CAVAB
38654
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycan ordusu mümkün olmayanı etdi. Burada önəmli nüanslar arasında Bakının müasir texnologiyalara üstünlük verməsi, Azərbaycan hərbçilərinin NATO üzvü olan Türkiyədə təlim görməsidir".

Bizim.Media xəbər verir ki, bu sözlər ukraynalı tarixçi Oleq Kupçikin yerli saytlardan birinə müsahibəsində qeyd olunub.

Tarixçi savaşın regiona necə təsir etməsindən də bəhs edib:

"Cənubi Qafqaz aparıcı dünya güclərinin maraqlarının toqquşduğu əsas regionlardan biridir. Buradakı təsir imkanları üçün neçə yüzillikdir ki, Rusiya, İran və Türkiyə mübarizə aparır. Amma Türkiyənin regiona qayıtması nisbətən mübaliğə olunub. Çünki əsas udan tərəf Rusiyadır. 2020-ci ilin noyabrında Xankəndinə 2 min Rusiya kəşfiyyatçısı gəldi. Laçın koridoru onların nəzarətindədir. Onlar Azərbaycan ərazisində hərbi baza yaradıblar. Məntiqlə rus sülhməramlılarının orada yerləşməsini Qarabağın rus işğalı da adlandırmaq olar. Başa düşmək lazımdır ki, ruslar Qarabağa sülh üçün gəlməyiblər".
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycandakı səfiri təlimlərə AYDINLIQ gətirdi - "PLANLI OLUB" - FOTO


Tarixçinin fikrincə, Rusiyanın Cənubi Qafqaz planları imperiya maraqlarına söykənir. Yəni Moskva "parçala və hökm sür" taktikasından istifadə edir:

"Müharibə dönəmində ermənilər Xankəndidən çıxmışdı. Yəqin Kreml KTMT ilə hədə-qorxu gələrək razılaşmaya nail olub".

İranın da bölgə maraqlarından bəhs edən tarixçi beynəlxalq sanksiyalara görə Tehranın regiondakı liderliyini inandırıcı saymır:

"İran Cənubi Qafqazı Rusiya ilə ABŞ qarşı kart kimi istifadə edə bilər".

Oleq Kupçik 44 günlük savaşın Ukrayna üçün də Krım, Donetsk və Luqanskı qaytarmaq stimulu olduğunu ifadə edib. "Krım platforması"ndan bəhs edən tarixçi fikrini belə tamamlayıb:

"Bilirik ki, Azərbaycanın mövqeyi dəyişməzdir: Krım Ukraynadır". (Caliber.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO