Türkiyədə faciəvi hadisə: Azərbaycanlı qadını öldürüb özünü qatarın altına atdı – FOTO

Türkiyədə faciəvi hadisə: Azərbaycanlı qadını öldürüb özünü qatarın altına atdı – FOTO

Hazırda oxunan: Türkiyədə faciəvi hadisə: Azərbaycanlı qadını öldürüb özünü qatarın altına atdı – FOTO
37638
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib.

Bizim.Media “sabah.com”a istinadən xəbər verir ki, hadisə Nevşehirdə baş verib.

Belə ki, azərbaycanlı qadın Tərhanə Yaman evinə getdiyi tanışı tərəfindən öldürülüb.

İki uşaq anası olan 53 yaşlı T.Yaman Avanos bölgəsində yaşayan Duran Aşar adlı tanışının evinə gedib. Tərəflər arasında bilinməyən səbəbdən baş vermiş mübahisə qanlı bitib.

Ev sahibi Duran Aşar ov tüfəngi ilə qadına atəş açıb və öldürüb. O, daha sonra evi tərk edib.

Yamandan xəbər ala bilməyən yaxınları Duran Aşarın evinə yollanıb və qapısı açıq evdə Tərhanənin meyiti ilə qarşılaşıblar. Hadisə yerinə polis çağırılıb.

Axtarışlar zamanı məlum olub ki, qətli törədən Duran Yaşar Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media


Türkiyədə faciəvi hadisə: Azərbaycanlı qadını öldürüb özünü qatarın altına atdı – FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO