Paşinyanın “deputatları” dünən Xankəndidə döyülüb – DETALLAR

Paşinyanın “deputatları” dünən Xankəndidə döyülüb – DETALLAR

Hazırda oxunan: Paşinyanın “deputatları” dünən Xankəndidə döyülüb – DETALLAR
35353
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatları Xankəndidə dünən xoş qarşılanmayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Qraparak" qəzeti yayıb.

Mənbə yazır ki, İrəvandan gələn deputatların səfərindən narazı qalan və qonaqların Qardaşlıq qəbiristanlığını ziyarət etmək niyyətində olduqlarını öyrənən ölən əsgərlərin yaxınları otelə girərək onlara hücum ediblər.

Xoşagəlməz hadisənin qarşısı qondarma rejimin qoçuları tərəfindən alınıb.

Bundan sonra qəbiristanlığa yalnız qondarma rejimin və Ermənistanın müxalif fraksiyalarının nümayəndələri gediblər.
 

Hökumətyönlü deputatlar ora daha sonra - dairəvi yolla gəliblər. Qarabağda qondarma "Ədalət" fraksiyasının deputatı David Qalstyan oxşar hadisənin baş verdiyini qəzetə təsdiqləyib. 


O, həmçinin qeyd edib ki, “Vətəndaş müqaviləsi”nin deputatlarının qəbiristanlığı ümumiyyətlə ziyarət edib-etmədiyini bilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO