"Allah sənə min lənət eləsin" şərhini yazan izləyicisinin görüntüsünü yaydı - FOTO

Hazırda oxunan: "Allah sənə min lənət eləsin" şərhini yazan izləyicisinin görüntüsünü yaydı - FOTO

35158

Rəqqasə Fatimə Fətəliyeva onu təhqir edən izləyicisinin görüntüsünü paylaşıb. 

Bizim.Media xəbər verir ki, sənətçinin paylaşımlarından birinə Sevda adlı xanım "Kül sənin qadın başına, axmaq nə gündəsən sən. Səni məclislərə çağıranın ağlı yoxdur. Allah sənə min lənət eləsin. Murdar məxluq" deyə, şərh yazıb. 

Fatimə isə qadını tanımadığı halda onu təhqir etməsini anlamadığını bildirib: 

"Məni tanıyan, sevən insanlar: bu qadına sual verək, ay insan, insan demək olarsa... Fatimənin murdar olduğunu harada görmüsən? Məni məclislərə çağırırlar və çağıracaqlar da. Çünki işimi, sənətimi sevirəm. Zəhmətimlə pul qazanıb ailə dolandırıram, hər bir işimə canımı qoyuram. Bəs sən bu həyatda nə etmisən? Ayıb olsun, indi al payını". 

Sənətçi izləyicilərindən həmin qadının profilini şikayət etmələrini istəyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO