Kobaxidze: “Gürcüstanda beşinci çevriliş cəhdi puç oldu, altıncı olmayacaq”

Kobaxidze: “Gürcüstanda beşinci çevriliş cəhdi puç oldu, altıncı olmayacaq”

Hazırda oxunan: Kobaxidze: “Gürcüstanda beşinci çevriliş cəhdi puç oldu, altıncı olmayacaq”
274237
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Son 4 il ərzində Gürcüstanda hakimiyyətin zorakı yolla dəyişdirilməsinə artıq beşinci cəhd olub, lakin altıncı cəhdə imkan verilməyəcək”.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Imedi telekanalının efirində bildirib.

O, deyib ki, dövlət, xarici qüvvələrin etiraz aksiyalarına verdiyi dəstəyə baxmayaraq, növbəti destabilizasiya dalğasının qarşısını uğurla alıb.

Kobaxidzenin sözlərinə görə, prezident iqamətgahına hücum edən və ya zorakılıqda iştirak edən hər kəs məsuliyyətə cəlb ediləcək:
 

“Biz altıncı, yeddinci cəhdi gözləyə bilmərik. Bizim vəzifəmiz növbəti qiyam barədə düşüncənin belə yaranmasına imkan verməməkdir”.


O həmçinin əlavə edib ki, hakimiyyət günahkarları müəyyənləşdirmək və yeni təhdidlərin qarşısını almaq üçün kifayət qədər resursa malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO