Robert Koçaryanın oğlu Ermənistan dövlətini məhkəməyə verdi

Robert Koçaryanın oğlu Ermənistan dövlətini məhkəməyə verdi

Hazırda oxunan: Robert Koçaryanın oğlu Ermənistan dövlətini məhkəməyə verdi
274201
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryan Ermənistan Respublikasına qarşı iddia qaldırıb.

Bizim.Media xəbər verir ki, Sedrak Koçaryanın nümayəndəsi, vəkil Hayk Alumyan Hetq.am-a açıqlamasında bildirib ki, məhkəməyə müraciət etmələrinin səbəbi təqsirsizlik prezumpsiyasının pozulmasıdır (insan günahı məhkəmə tərəfindən sübuta yetirilməyincə təqsirsiz sayılır).

Onun sözlərinə görə, iş ibtidai istintaq orqanından məhkəməyə göndərildiyi müddətdə, bu iş üzrə həm istintaqa nəzarət edən, həm də sonradan məhkəmədə dövlət ittihamçısı qismində çıxış edən prokuror Ermənistanın Birinci Televiziyasına müsahibə verib.

Həmin müsahibədə o, hələ məhkəmə hökmü çıxarılmamış məsələləri fakt kimi təqdim edərək, Sedrak Koçaryanın cinayət törətdiyini iddia edib.
 

Qeyd edək ki, Sedrak Koçaryan barəsində ittiham irəli sürlüb. Belə ki, o, “LL Bimbo” MMC-nin həmtəsisçisi kimi, icraçı direktorun qərarlarını əvvəlcədən müəyyənləşdirmək imkanı əldə edib və bu yolla keçmiş prezident Serj Sarkisyanın sahibkarlıq fəaliyyətinə yardım edib.


İttihama görə, o, həm də Sarkisyanın xüsusilə böyük məbləğdə rüşvət almasına şərait yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO