Dırnaq gelləri ilə bağlı QORXUNC XƏBƏRDARLIQ - "Xərçəng riskini artıra bilər"

Dırnaq gelləri ilə bağlı QORXUNC XƏBƏRDARLIQ - "Xərçəng riskini artıra bilər"

Hazırda oxunan: Dırnaq gelləri ilə bağlı QORXUNC XƏBƏRDARLIQ - "Xərçəng riskini artıra bilər"

274186

Son illərdə qadınların əksəriyyəti estetik görünüş naminə dırnaq gellərinə üstünlük verir. Ancaq zaman-zaman bu məhsulların sağlamlıq üçün təhlükəli olduğu, hətta xərçəng riski yaratdığı barədə məlumatlar gündəmə gəlir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan dermatoloq Bəxtiyar Paşayev iddialara aydınlıq gətirib. Mütəxəssis bildirib ki, dırnaq gellərinin birbaşa xərçəng törətməsi elmi cəhətdən sübuta yetirilməyib:
 

MÖVZU İLƏ BAĞLI:

Qalıcı manikür etdirənlərin NƏZƏRİNƏ: Gel lak xərçəngə səbəb ola bilər


“Dırnaq gellərinin əsas tərkibi akrelatlardır. Onlar neft məhsullarından hazırlanır və yumşaq formada olur.

Gel manikür zamanı bu maddələr ultrabənövşəyi (UV) şüaların altında bərkidilir. Məhz təkrarlanan UV şüalanması müəyyən dərəcədə dəri xərçəngi riskini artıra bilər. Amma bu risk çox aşağıdır. Əvəzində belə lakların daha çox allergik problemlərə səbəb olması mümkündür”.

Dermatoloqun sözlərinə görə, sağlamlıq baxımından dırnaq gellərindən tamamilə imtina etmək zəruri deyil, lakin istifadədə ölçü və diqqət vacibdir.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO