Həbsxanadan qaçdı – Məsciddə TUTULDU

Həbsxanadan qaçdı – Məsciddə TUTULDU

Hazırda oxunan: Həbsxanadan qaçdı – Məsciddə TUTULDU
273232
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə, Karabükdə 29 il 5 gün həbs cəzası olan məhkum kənd məscidində yatarkən tutulub. Həmin şəxs 27 sentyabrda həbsxanadan qaçmışdı və hüquq-mühafizə orqanlarının əməliyyatı ilə ertəsi gün ələ keçirilib.

Bizim.Media xəbər verir ki, məhkum hüquqi prosedurlardan sonra yenidən həbsxanaya göndərilib.

Eyni zamanda, Karabükdə narkotik əməliyyatı keçirilib və 3 şübhəli saxlanılıb. Əməliyyat zamanı onların evlərində və iş yerində 284 sintetik dərman, 10,51 qram marixuana, 0,49 qram kenevir toxumu, dəqiq tərəzi, 38 bağlama, 2 narkotik istifadə aləti, marixuana üyüdücü aparat və 8 800 lirə nağd pul aşkar edilərək götürülüb.

Həmçinin 3 mobil telefon araşdırma üçün götürülüb. Şübhəlilər hüquqi prosedurlardan sonra məhkəməyə təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO