Qazmanovun milyonlarla pulunu oğurlayan erməni biznesmen HƏBS EDİLDİ

Qazmanovun milyonlarla pulunu oğurlayan erməni biznesmen HƏBS EDİLDİ

Hazırda oxunan: Qazmanovun milyonlarla pulunu oğurlayan erməni biznesmen HƏBS EDİLDİ
272203
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moskva Şəhər Məhkəməsi daha əvvəl ev dustaqlığında saxlanılan erməni biznesmen Gevork Sarkisyanı istintaq təcridxanasına göndərib. 

Bizim.Media Readovka Telegram kanalına istinadən xəbər verir ki, o, müğənni Oleq Qazmanova qarşı dələduzluq işi üzrə şübhəli qismində keçir. 

İncəsənət xadimi 2019-cu ildə topladığı milyonlarla rublu guya uşaq parkının tikintisinə yatırmaq üçün Sarkisyana vermişdi. 

Bu barədə Qazmanovun vəkili Readovka-ya məlumat verib. Sarkisyan pulu bir il ərzində qaytaracağına söz versə də, borcu 5 ilə qədər uzadıb və nəticədə Qazmanov məhkəməyə müraciət edib.
 

ABŞ vətəndaşı olan və  daimi orada yaşayan Sarkisyan təkcə iki dələduzluq cinayət işi üzrə fiqurant deyil. 


O, vaxtaşırı Rusiyaya gəlirmiş. Həmin səfərlərdən birində saxlanılıb və sonra istintaq təcridxanasına göndərilib. Sonradan səhhəti ilə əlaqədar olaraq barəsindəki qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Lakin Qazmanovlar ailəsini onun ABŞ-a qaçmaq ehtimalı narahat edib. Sarkisyanın səhhətini təsdiqləyən sənədlər isə məhkəməyə təqdim edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO