Prezident Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində - FOTO

Prezident Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində - FOTO

Hazırda oxunan: Prezident Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində - FOTO
270372
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub.

Bizim.Media xəbər verir ki, Qarabağ bölgəsinin məşhur yaşayış məntəqələrindən olan, mühüm strateji və coğrafi mövqeyə malik Qırmızı Bazar qəsəbəsi 2023-cü ildə Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçib.

Bundan sonra qəsəbədə elektrik və qaz xətləri, həmçinin artezian quyusu bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 2 transformator quraşdırılıb, 3 su anbarı təmir edilib, 11 kilometrdən çox uzunluqda təbii qaz xətti çəkilib.

Hazırda Qırmızı Bazar qəsəbəsində ictimai-məişət obyektləri, həmçinin istehsal emalatxanası fəaliyyət göstərir.
 

Qəsəbədə 300 fərdi ev mövcuddur ki, onlardan da 71-i yararsızdır, 229-u isə qismən yararlıdır. Artıq 10 ev istismara hazırdır. Ümumilikdə 2025-ci ilin sonunadək 217, 2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaq. Hazırda 10 ailə (39 nəfər) qəsəbəyə qayıdıb.


Dövlətimizin başçısı qəsəbəyə köçmüş İslam Dadaşovun evində oldu.

Prezident Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində - FOTO - foto 1
Prezident Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində - FOTO - foto 2
Prezident Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində - FOTO - foto 3
Prezident Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində - FOTO - foto 4
Prezident Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində - FOTO - foto 5
Prezident Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində - FOTO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO