Arteta onun sıradan çıxdığını AÇIQLADI

Arteta onun sıradan çıxdığını AÇIQLADI

Hazırda oxunan: Arteta onun sıradan çıxdığını AÇIQLADI
267739
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Arsenal”ın baş məşqçisi Mikel Arteta hücumçusu Bukayo Saka zədəsi barədə danışıb.

Bizim.Media xəbər verir ki, mütəxəssis Sky Sports-a açıqlamasında deyib:

"Bukayo özünü daha yaxşı hiss edir, amma təəssüf ki, bir neçə həftə oynaya bilməyəcək. Cərrahi müdaxilə tələb olunmur. Keçən dəfəki qədər ciddi deyil. Təbii ki, bunun baş verməsi üzücüdür, amma artıq başqa vəziyyətlə üzləşmişik. Gələcək günlərdə və həftələrdə onun bərpa prosesinə baxacağıq, sonra yenidən müayinədən keçirib vəziyyəti təhlil edəcəyik".

Qeyd edək ki, Bukayo Saka İngiltərə Premyer Liqasının 2-ci turunda “Lids”lə (5:0) görüşdə xəsarət almışdı. Daha əvvəl onun arxa bud əzələsinin qopmasından əziyyət çəkdiyi bildirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO