Minsk səmasında dron zərərsizləşdirildi – ƏHALİ TƏŞVİŞDƏ

Minsk səmasında dron zərərsizləşdirildi – ƏHALİ TƏŞVİŞDƏ

Hazırda oxunan: Minsk səmasında dron zərərsizləşdirildi – ƏHALİ TƏŞVİŞDƏ

262227

Bu gecə Belarusun hava hücumundan müdafiə qüvvələri ((HHM) Minsk üzərində naməlum pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Belarus Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, təxminən gecə saat 2 radələrində hava məkanında aşkarlanmış və PUA kimi tanınan obyekt Belarus HHM qüvvələri tərəfindən qeydə alınıb və radioelektron mübarizə vasitələrinin köməyi ilə neytrallaşdırılıb.

Nəticədə PUA şəhərin Matusyeviç küçəsinə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Müdafiə Nazirliyi qeyd edib ki, bu insidentdən sonra hava məkanına nəzarətin gücləndirilməsi istiqamətində əlavə operativ tədbirlər görülür. Hadisə ilə bağlı araşdırma aparılır.

Baş vermiş insident barədə Belarus prezidenti Aleksandr Lukaşenkoya da məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO