Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Hazırda oxunan: Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

261942

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.

Bizim.Media xəbər verir ki, 16 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşiblər.
 

Hadisə zamanı uşaqlardan biri çətinliklə sudan çıxmağı bacarıb. Digərinə isə kömək etmək istəyən bir şəxs öz həyatını riskə ataraq dənizə girib.


2009-cu il təvəllüdlü Əli Cabbarov, həm də ona kömək etməyə çalışan şəxs boğularaq həyatını itirib.

Onların axtarışları davam etdirilir.
 

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda isə deyilir ki, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.


Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO