Körpü qəfil çökdü: Ölənlər var – VİDEO

Körpü qəfil çökdü: Ölənlər var – VİDEO

Hazırda oxunan: Körpü qəfil çökdü: Ölənlər var – VİDEO
258979
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hindistanın Qucarat ştatının Vadodara rayonunda Gambhira körpüsünün bir hissəsi çöküb.

Bizim.Media NDTV-yə istinadən xəbər verir ki, nəticədə Mahisagar çayına dörd nəqliyyat vasitəsi aşıb və azı doqquz nəfər həyatını itirib.
 

Hadisə səhər saatlarında, hərəkətin pik zamanında baş verib. Belə ki, 40 il əvvəl inşa edilən körpünün mərkəz hissəsinin dağılması sözügedən faciəyə səbəb olub.


Rəsmilərin verdiyi məlumata görə, çaya düşən üç nəfər xilas edilib.

Yerli sakinlər bildiriblər ki, körpü uzun müddətdir qəzalı vəziyyətdə olub və dəfələrlə təmir üçün müraciət etsələr də, bu çağırışlara məhəl qoyulmayıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır, xilasetmə işləri isə davam edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO