Rusiya Nəqliyyat Nazirliyində daha bir ölüm HADİSƏSİ

Rusiya Nəqliyyat Nazirliyində daha bir ölüm HADİSƏSİ

Hazırda oxunan: Rusiya Nəqliyyat Nazirliyində daha bir ölüm HADİSƏSİ
258685
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Nəqliyyat Nazirliyində daha bir ölüm hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, “Rusiya Avtomobil Yolları Agentliyi”nin (“Rosavtodor”) Əmlak İdarəetmə Şöbəsinin rəis müavini Andrey Korneyçuk vəfat edib.
 

Moskva şəhərindəki Nəqliyyat Nazirliyinin binasında keçirilən iclas zamanı 42 yaşlı məmur qəfildən ayağa qalxıb, daha sonra yerə yıxılaraq dünyasını dəyişib. Hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər.


Məmurun ilkin ölüm səbəbi ürək dayanması göstərilir. İddia edilir ki, bu, Starovoytun intiharı ilə bağlı xəbərlər fonunda baş vermiş ola bilər.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə işdən çıxarılan Rusiyanın nəqliyyat naziri Roman Starovoyt intihar edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO