58 il öncə cinayət törətdi - 92 yaşında həbs edildi

58 il öncə cinayət törətdi - 92 yaşında həbs edildi

Hazırda oxunan: 58 il öncə cinayət törətdi - 92 yaşında həbs edildi
257570
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniyada 92 yaşlı Rayland Hedli seksual xarakterli cinayət və qətldə suçlu bilinib.

Maraqlıdır ki, hökm cinayət törədildikdən 58 il sonra qüvvəyə minib. Bu müddət ərzində araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Spiegel nəşri yazıb.

Məlum olub ki, cinayət törədilərkən onun yaşı 34 olub. 1967-ci ilin iyun ayında o, 75 yaşlı Luiza Dannın evinə daxil olaraq ona qarşı hüquqa zidd hərəkətlər edib və nəticədə qadın həyatını itirib.

Prokuror Şarlotta Rim deyib: “58 il ərzində bu dəhşətli cinayət açılmamış qalıb. Rayland Hedli ədalətdən yayınıb.”

Hüquq-mühafizə orqanları cinayəti kişinin sperma izləri və DNK analizləri vasitəsilə müəyyən edə biliblər.

Raylandın barmaq izləri olub. Polis onu cinayətin törədildiyi əraziyə yaxın 19 min oğlan və kişinin barmaq izləri ilə müqayisə edib, lakin həmin vaxt onu müəyyən etmək mümkün olmayıb. O, nümunələrin götürüldüyü ərazidən kənarda yaşayırmış.

Lakin bəlli olub ki, qurbanın ətəyində tapılan izlər yüksək ehtimalla 92 yaşlı, əvvəllər digər yaşlı qadınlara qarşı zorakılıqla bağlı məhkum olunmuş şəxsə məxsusdur.

Onun DNK-sı 2012-ci ildə başqa bir hadisə üzrə polis bazasına daxil edilib. Sonrakı barmaq izi müqayisəsi də uyğunluq göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO