Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO

Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO

Hazırda oxunan: Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO
257402
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın oğlu Bakıda faciəvi şəkildə həyatını itirib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 27 yaşlı Ebrarcan Büyükfıratın meyiti yaşadığı Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsindəki binanın qarşısında tapılıb.

O, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Türkiyə mətbuatında Bakıda hadisənin baş verdiyi gün Hüseyn Büyükfıratın qardaşı Abdulkadirin oğlunun da dünyasını dəyişdiyi barədə məlumat yayılıb. Belə ki, Iğdır vilayətinin gəlirlər idarəsinin (xəzinədarlıq) rəhbəri olan A.Büyükfıratın oğlu Mehmet Engin Büyükfırat Adıyaman vilayətinin Samsat qəsəbəsi yaxınlığında baş vermiş ağır qəzada həyatını itirib.

Kiçiktutumlu yük maşını ilə minik avtomobilinin toqquşduğu hadisədə daha 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Qeyd edək ki, Büyükfırat ailəsi əslən Türkiyənin Şanlıurfa bölgəsindəndir və xeyriyyəçi nəsil kimi də tanınır.

H. Büyükfırat həm də Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədridir.

Fotoda: Ebrarcan Büyükfırat

Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO - foto 1

Fotoda:
Mehmet Engin Büyükfırat

Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO - foto 2


Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO