Macarıstan və Slovakiyadan Rusiyaya DƏSTƏK: 18-ci sanksiyalar paketinin qəbulu bloklandı

Macarıstan və Slovakiyadan Rusiyaya DƏSTƏK: 18-ci sanksiyalar paketinin qəbulu bloklandı

Hazırda oxunan: Macarıstan və Slovakiyadan Rusiyaya DƏSTƏK: 18-ci sanksiyalar paketinin qəbulu bloklandı
257364
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqının Rusiyaya qarşı nəzərdə tutulmuş 18-ci sanksiyalar paketi gözlənilmədən əngəllə üzləşib. “Avropa həqiqəti” nəşrinin Aİ-dəki diplomatik mənbəsinə istinadla yaydığı məlumata görə, cümə günü keçirilən səfirlər iclasında paketin qəbuluna yalnız Slovakiya deyil, həm də Macarıstan qarşı çıxıb.

Bizim.Media xəbər verir ki, mənbənin bildirdiyinə görə, Slovakiya tərəfi 2028-ci ilədək Rusiyadan qaz idxalından tam imtinanın mümkün nəticələri ilə bağlı Avropa Komissiyasından zəmanət tələb edir.

Macarıstan isə konkret şərtlər irəli sürməsə də, yeni məhdudlaşdırıcı tədbirlərin qəbulunun təxirə salınmasında israrlı olub.

Adının açıqlanmasını istəməyən diplomat hesab edir ki, sanksiyalar paketinin növbəti müzakirəsi 3 iyula qədər baş tutmayacaq, çünki həmin tarixdə Avropa Komissiyasının nümayəndə heyətinin Bratislavaya səfəri planlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO