SİRLƏR AÇILDI: ABŞ bu barədə İrana öncədən xəbər verib

SİRLƏR AÇILDI: ABŞ bu barədə İrana öncədən xəbər verib

Hazırda oxunan: SİRLƏR AÇILDI: ABŞ bu barədə İrana öncədən xəbər verib
257328
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Müdafiə Nazirliyinin sabiq müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib ki, Vaşinqton İrana qarşı həyata keçirdiyi hücumlar barədə Tehranı əvvəlcədən xəbərdar edib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, "X"də (keçmiş Twitter) yazdığı paylaşım edib.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti İranın nüvə obyektlərinə zərbələr endirilməzdən cəmi iki saat əvvəl rəsmi Tehrana bu barədə məlumat verib.

"Mən istəyirəm vəziyyətə aydınlıq gətirim. ABŞ, İranın nüvə obyektlərinə hücum həyata keçirilməzdən iki saat əvvəl rəsmi olaraq xəbərdarlıq edib. Yəni, İrana qabaqcadan məlumat verilib ki, yaxın vaxtlarda obyektlərə zərbə endiriləcək", – deyə Makqreqor bildirib.

Bu açıqlama Vaşinqtonun İranla mümkün birbaşa münaqişənin qarşısını almaq istədiyini, yaxud zərbələrin məhdud xarakter daşıdığını nümayiş etdirmək məqsədi daşıya bilər. 
 

Qeyd edək ki, ABŞ və İran arasındakı gərginlik son dövrlər xüsusilə Yaxın Şərqdəki hadisələrlə bağlı daha da artıb və İranın nüvə proqramı beynəlxalq narahatlıq doğurmağa davam edir.


Ekspertlərin fikrincə, belə bir xəbərdarlığın verilməsi, zərbələrin real məqsədinin İranın nüvə imkanlarını tam məhv etmək deyil, simvolik xəbərdarlıq və ya siyasi təzyiq vasitəsi kimi istifadə edildiyini göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO