“Kəpəz” iki futbolçu ilə müqaviləni uzatdı

“Kəpəz” iki futbolçu ilə müqaviləni uzatdı

Hazırda oxunan: “Kəpəz” iki futbolçu ilə müqaviləni uzatdı

257241

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” iki futbolçu ilə müqaviləni yeniləyib.

Bizim.Media xəbər verir ki, ötən mövsümdən “Kəpəz”də çıxış edən Mahamadu Ba və Paçu Lira ilə iki illik anlaşma imzalanıb. Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib. Ampluaca yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO