İsrailin Evin həbsxanasına hücumu zamanı 71 nəfər həlak olub – DETALLAR

İsrailin Evin həbsxanasına hücumu zamanı 71 nəfər həlak olub – DETALLAR

Hazırda oxunan: İsrailin Evin həbsxanasına hücumu zamanı 71 nəfər həlak olub – DETALLAR
257167
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rəsmi statistikalara görə İsrailin Evin həbsxanasına hücumu nəticəsində 71 nəfər həlak olub.

Bizim.Media IRNA-ya istinadən xəbər verir ki, bunu İran Məhkəmə Hakimiyyətinin sözçüsü Əsğər Cahangir deyib.

Onun sözlərinə görə, ölənlər arasında həbsxananın inzibati heyəti, müddətli xidmət keçən əsgərlər, məhkumlar, onların ailə üzvləri və həbsxana yaxınlığında yaşayan mülki sakinlər də var.

Əsğər Cahangir hücumun miqyasını belə təsvir edib:

“İsrail Evin həbsxanasına hücum edərək insanlığa və beynəlxalq hüquqa qarşı tam bir cinayət törədiblər. Hətta həbsxananın yaxınlığında yaşayan, görüş salonu və müstəntiq otaqlarının yaxınlığında məskunlaşan insanlar belə bu hücumun təsirindən ciddi zərər görüblər.”

O, qeyd edib ki, sakinlərə həm maddi, həm də bədən xəsarətləri yetirilib. Hücum nəticəsində bəzi qonşular da həyatını itirib.
 

Sözçü bildirib ki, hücum anında bir çox ailə üzvü məhkumlarla görüşmək və ya hüquqi işlərini həll etmək üçün Evin həbsxanasında olub. Həmin şəxslər görüş salonunun raketlə vurulması nəticəsində ya yaralanıb, ya da həlak olublar.


Hadisə nəticəsində bir çox insan yerindəcə və ya xəstəxanaya aparıldıqdan sonra tibbi yardım alıb, bəziləri isə müalicə olunaraq evə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO