"İrəvandan gələn məlumatları çox yaxından izləyirik'' - Dmitri Peskov

Hazırda oxunan: "İrəvandan gələn məlumatları çox yaxından izləyirik'' - Dmitri Peskov
25627
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, Kreml Ermənistandakı parlament seçkiləri ilə bağlı vəziyyəti yaxından izləyir. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb. 

"İrəvandan gələn məlumatları çox yaxından izləyirik. Ermənistan Mərkəzi Seçki Komissiyasının seçkilərin keçirildiyi barədə məlumatını alqışlayırıq. Əlbəttə ki, Paşinyanın partiyasının inamlı qələbə qazandığını görürük", deyə Rusiya liderinin mətbuat katibi qeyd edib. 

Onun sözlərinə görə, Kreml istəyir ki, ölkə davamlı inkişaf yoluna qədəm qoysun.  

Xatırladaq ki, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyası erkən parlament seçkilərində qələbə qazanıb.  

Bütün 2008 seçki məntəqələrində səslərin sayılması sona çatıb. Ümumi seçici fəallığı 49,4 faiz olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO