Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda suriyalı həmkarı Əhməd əş-Şaraa ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsi görüşün təfərrüatlarını açıqlayıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli, regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparılıb.
Ərdoğan bildirib ki, Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Suriyanın yanında olmağa davam edəcək. Türkiyə lideri, həmçinin Suriyanın və ordusunun vahid mərkəzdən idarə olunmasının vacibliyini bildirib.
Suriya lideri verilən dəstəyə görə türkiyəli həmkarına təşəkkür edib.
Bizim.Media