Makron Azərbaycan bayrağının önündə baş əydi – VİDEO

Makron Azərbaycan bayrağının önündə baş əydi – VİDEO

Hazırda oxunan: Makron Azərbaycan bayrağının önündə baş əydi – VİDEO
248735
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Task, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniyanın Kansleri Fridrix Mert Ukraynada səfərdədirlər.

Bizim.Media globalinfo.az-a istinadən xəbər verir ki, liderlər səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir araya gəliblər.
 

Həmçinin Kiyevdə Ukrayna uğrunda şəhid olanların xatirəsini yad ediblər. Liderlər birlikdə bayraqların olduğu köşənin qarşısına gələrək çiçək qoyub və və ehtiramla başlarını əyiblər.


Kadrlarda ən diqqətçəkən məqam isə xatirə abidəsinin qarşısındakı bayraqların arasında Azərbaycan və Türkmənistan bayraqlarının da olmasıdır. Belə ki, orada Ukrayna bayrağı ilə yanaşı, müharibədə bu ölkə uğrunda döyüşərək həlak olan digər vətəndaşların mənsub olduqları xalqların da bayraqları yer alıb. Ön hissədə isə Ukrayna ilə yanaşı Azərbaycan bayrağı da qoyulub. Beləliklə liderlər Azərbaycan bayrağının da önündə ehtiramla başlarını əyiblər.

Qeyd edək ki, Ukrayna ordusunda müharibədə döyüşən və şəhid olan çox sayda Azərbaycan əsilli hərbçi var.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO