Maradonanın ölümü ilə bağlı yenidən ARAŞDIRMA BAŞLADI

Maradonanın ölümü ilə bağlı yenidən ARAŞDIRMA BAŞLADI

Hazırda oxunan: Maradonanın ölümü ilə bağlı yenidən ARAŞDIRMA BAŞLADI
248333
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Buenos-Ayres əyalət polisi argentinalı dünya çempionu Dieqo Maradonanın Argentina paytaxtındakı "Olivos" klinikasında müalicəsi ilə bağlı 279 tibbi sənəd, 6 laboratoriya testi və 500-dən çox e-poçt məktubunu araşdırmaq üçün götürüb.

Bizim.Media "La Verdad" nəşrinə istinadən xəbər verir ki, Maradona ölümündən bir neçə həftə əvvəl həmin klinikaya yerləşdirilib və orada subdural hematomanın çıxarılması üçün əməliyyat olunub.

Polis keçmiş futbolçunun müalicəsi və xəstəxanaya yerləşdirilməsinə dair bütün mövcud sənədləri əldə edib. Keçirilən reyd zamanı polis əməkdaşları tibb müəssisəsinin rəhbərliyini sorğu-sual ediblər.

Maradona 2020-ci il noyabrın 25-də 60 yaşında vəfat edib. 1986-cı il dünya çempionunun ölüm səbəbi ürək tutması göstərilib. 2025-ci il martın 12-də Argentinanın San İsidro şəhərinin cinayət məhkəməsi keçmiş futbolçunun ölümü ilə bağlı iş üzrə dinləmələrə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO