İsti yemək sevənlərə mədə xərçəngi riski XƏBƏRDARLIĞI

İsti yemək sevənlərə mədə xərçəngi riski XƏBƏRDARLIĞI

Hazırda oxunan: İsti yemək sevənlərə mədə xərçəngi riski XƏBƏRDARLIĞI

247826

Onkoloq İvaşkov isti yeməyin mədə xərçəngi riskini artırdığını bildirdi Onkoloq Vladimir İvaşkov bildirib ki, isti yemək sevən insanlarda mədə xərçəngi inkişaf riski artır.

“Bizdə konkret meyarlar mövcuddur. Mədə xərçəngi, əsasən, acı və isti yeməklərin qəbulu nəticəsində yaranır. Bəzi tədqiqatlarda xam qidaların da mədə xərçəngi riskini artırdığına dair məlumatlar var”.

Bizim.Media lent.az-a istinadən bununla bağlı maraqlı məlumatları sizə təqdim edir:

Mütəxəssisin sözlərinə görə, bu xəstəliyin qarşısını almaq üçün siqaretdən və alkoqollu içkilərdən imtina etmək də vacibdir. Lakin həkim qeyd edib ki, insan bütün bu risk faktorlarını aradan qaldırsa belə, bu, mədə xərçəngindən tam sığortalanma demək deyil. Bununla belə, sadalanan vərdişlər patologiyanın yaranmasını sürətləndirir, deyə o vurğulayıb.

Daha əvvəl onkoloq Mariya Zabolotnaya xərçənglə bağlı beş mifin əsassız olduğunu açıqlamışdı. Onun sözlərinə görə, irsi yolla keçən birbaşa xəstəliyin özü deyil, genetik mutasiyalardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO