Qvardiola karyera planlarını AÇIQLADI

Qvardiola karyera planlarını AÇIQLADI

Hazırda oxunan: Qvardiola karyera planlarını AÇIQLADI
247477
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, “şəhərlilər”lə müqaviləsi başa çatdıqdan sonra karyerasında fasilə verəcək.

Bizim.Media xəbər verir ki, 54 yaşlı mütəxəssis deyib:

“Mən istəyirəm ki, insanlar məni necə yadda saxlamaq istəyirlərsə, elə də xatırlasınlar. ‘Siti’ ilə müqavilə bitdikdən sonra fasilə götürmək niyyətindəyəm. Buna əminəm. Təqaüdə çıxacağam, ya yox – bilmirəm, amma mütləq ara vermək istəyirəm. İnsanların yaddaşında necə qalmaq istədiyimi isə bilmirəm.

Bütün məşqçilər qalib gəlmək və arxada nəsə yadda qalan bir şey buraxmaq istəyir.

Düşünürəm ki, “Barselona”, “Bavariya” və ‘Siti’ azarkeşləri komandalarımın oyununu izləməkdən zövq alıblar”.

Qeyd edək ki, Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO