Papa Fransisk dünyanı şoka saldı – Cəmi 100 dollar miras qoyub

Papa Fransisk dünyanı şoka saldı – Cəmi 100 dollar miras qoyub

Hazırda oxunan: Papa Fransisk dünyanı şoka saldı – Cəmi 100 dollar miras qoyub

246616

12 illik rəhbərliyi dövründə heç vaxt 340 min avroluq maaşını almayan Papa Fransiskin ölümündən sonra geriyə cəmi 100 dollar civarında pul qoyduğu məlum olub.

Bizim.Media xəbər verir ki, Katolik kilsəsinin ruhani lideri Papa Fransisk aprelin 21-i bazar ertəsi 89 yaşında vəfat edib.

Əvvəlki papalardan fərqli bir yol izləyən Fransisk təvazökar həyat tərzi sürüb.

“Celebrity Net Worth”a görə, Papanın şəxsi sərvəti cəmi 100 dollar civarında olub.

Heç bir əmlakı, şəxsi bank hesabı və ya sərmayəsi olmayan Papa Fransiskin papalığı dövründə illik təxminən 340.000 avro maaş almaqdan imtina etdiyi üzə çıxıb.

Papa bu maaşı xeyriyyə və kilsə fondlarına bağışlayıb və 12 illik papalığı dövründə sosial layihələrə təxminən 4 milyon avro yönəldib. (Lent.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO