
- A-
- A
- A+
Gəncədə davada xəsarət alan məktəblinin SON DURUMU
Gəncədə məktəblilər arasında baş verən mübahisə zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən məktəblinin sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna bildirilib ki, 22.04.2025-ci il tarixində saat 14:10 radələrində 2008-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib:
"Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Gəncədə Yeni Gəncə yaşayış massivində Ə. Cavad adına 2 nömrəli tam orta məktəbin 9-10-cu sinif şagirdləri arasında məktəb ərazisindən kənarda mübahisə zəminində dava zamanı xəsarət alanlar olub.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































