Şəhid qardaşı: “Anam qardaşımın yolunu gözləyə-gözləyə dünyasını dəyişdi”

Şəhid qardaşı: “Anam qardaşımın yolunu gözləyə-gözləyə dünyasını dəyişdi”

Hazırda oxunan: Şəhid qardaşı: “Anam qardaşımın yolunu gözləyə-gözləyə dünyasını dəyişdi”
244868
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Anam Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid qardaşımın həsrəti ilə dünyasını dəyişdi. Dövlət başçısına və bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm. 33 il sonra qardaşımın taleyi məlum oldu. Nəşi tapılaraq doğma kəndində torpağa tapşırıldı. Gözlərimiz yollardan çəkildi”. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu açıqlamanı aprelin 18-də Samux rayonunun Qovlarsarı kəndində dəfn edilən Birinci Qarabağ müharibəsində şəhid olmuş Münasib Mehdiyevin qardaşı Adil Mehdiyev verib.
 

Onun sözlərinə görə qardaşı 1973-cü il təvəllüdlü idi. Müharibə başlayanda sıravi əsgər kimi ordu sıralarına çağrılmışdı. 1992-ci ildə Ağdərə rayonu Aterk kəndində itkin düşüb.


Uzun illər axtarılsa da, qardaşı barədə bir məlumat əldə edə bilməyib:

“İllər sonra qardaşımın nəşinin dəfn edildiyi məkanın müəyyənləşdiyi üçün sevinirik. Anam qardaşımın yolunu gözləyə-gözləyə, onun həsrəti ilə dünyasını dəyişdi. İndi onlar qovuşublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə A. Mehdiyev əlavə edib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO