Son zamanlar mütəmadi olaraq televiziya verilişlərimiz ziyalılarımız tərəfindən tənqid atəşinə tutulur. İnsanlarımız bayağı, əttökən verilişlərdən qurtulmaq mövzusunda dəfələrlə danışsalar da, heç kim buna məhəl qoymur.xa0
Uzun müddət Naxçıvan Muxtar Respublikasında Teleredio Verilişləri Komitəsində sədr, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində sədr müavini işləyən tanınmış yazıçı Səfər Alışarlı Moderator.az-a açıqlamasında bildirdi ki, işlədiyi dövrdə o, da bu kimi iradlarla rastlaşıb:
“İşlərim çox olduğu üçün televiziyalara baxmağa vaxtım qalmır. Qaldı ki, tamaşaçılar bütün ömrü boyu televiziyalarımızdan narazı qalıblar. Sizə deyim ki, vaxtilə mən televiziya sahəsində işləyəndə çoxları (bəlkə də qəsdən) zəng vurub deyirdilər ki, “Qarabağın işğal olunması ilə bağlı niyə veriliş yayımlamırsınız?”. Guya televiziya Qarabağı almalı, bunu toy-bayramla bunu elan etməli idi ki, bu getsin kef eləsin. Televiziyada nə baş verdiyini kanallara baxmadan da bilirəm. Sosial şəbəkələr bu gün informasiyanın əsas daşıyıcıları kimi çıxış edir. Məncə, televiziyalar təyinatlarını bir az fərqli ampluada doğrultmalıdırlar”.
Vasif Əlihüseyn
































































































