“Google”un servislərində nasazlıq yaranıb

Hazırda oxunan: “Google”un servislərində nasazlıq yaranıb

2428

Bu gün bir sıra ölkələrdə “Google”un servisləri qəfil dayanıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, “Google”un axtarış sistemində, “Gmail” e-mail xidmətində, “YouTube” video bölməsində problemlər yaranıb. 

İstifadəçilərin 54 faizi öz akkauntuna daxil ola bilməyib, 45 faizinin axtarış sistemi işləməyib. “YouTube” istifadəçilərinin 60 faizinin videoları  görə bilməməsi  qeyd edilir. 
“Gmail” istifadəçiləri akauntlarına daxil olmaqda (44%), xəbərlərin qəbulunda (15%), bütövlükdə sayta baxmaqda problemlərlə (38%) üzləşib.

Nasazlıqlarla bağlı ən çox şikayətlər ABŞ, Meksika, Braziliya, Böyük Britaniya, Fransa, Almaniya və Finlandiyadakı istifadəçilərdən daxil olur.

Azərbaycanda “Google” üzərindən hər hansı problemin yarandığı hələlik müşahidə olunmayıb.

Təranə Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO