Avropa Kuboku: Cüdoçularımız ilk gündə 2 qızıl və 2 bürünc medal QAZANDI

Avropa Kuboku: Cüdoçularımız ilk gündə 2 qızıl və 2 bürünc medal QAZANDI

Hazırda oxunan: Avropa Kuboku: Cüdoçularımız ilk gündə 2 qızıl və 2 bürünc medal QAZANDI

242613

Gənc cüdoçulardan ibarət Azərbaycan yığması Polşanın Poznan şəhərində keçirilən Avropa kubokunun ilk günündə uğurlu çıxış edib.

Bizim.Media xəbər verir ki, millimizin dörd idmançısı fəxri kürsüdə yer almağı bacarıb.

60 kq çəki dərəcəsində iki cüdoçumuz medala sahib çıxıb. Fərid Qarayev bütün rəqiblərinə qalib gələrək, kürsünün ən yüksək pillədə yer alıb. Nihad Məmişov isə Avropa kubokunda bürünc qazanıb.

Məhəmməd Musayev (66 kq) yarışda birinci olub. O, həlledici görüşdə niderlandlı rəqibini məğlub edərək, qızıla yiyələnib.

Abil Yusubov (73 kq) Avropa kubokunda bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə 23 ölkədən 438 idmançı iştirak edir. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan 7 çəki dərəcəsində 12 cüdoçu ilə təmsil olunur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO