Gimnastımız beynəlxalq turnirin qalibi oldu

Gimnastımız beynəlxalq turnirin qalibi oldu

Hazırda oxunan: Gimnastımız beynəlxalq turnirin qalibi oldu

241568

Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində final günüdür.

Bizim.Media xəbər verir ki, yeniyetmələrin yarışında Azadə Atakişiyeva gürzlərlə hərəkətin finalında qızıl medal qazanıb. Ötən gün təsnifat yarışında da qalib gəlmiş azərbaycanlı idmançı bu dəfə 25.100 xal toplayaraq rəqiblərini qabaqlayıb. Fidan Qurbanlı da eyni finalda çıxış edərək altıncı olub.

Qeyd edək ki, daha əvvəl topla hərəkətdə Şəms Ağagüseynova yeniyetmələrin yarışında bürünc, yeniyetmə qrup komandası isə beş halqa ilə hərəkətlərdə gümüş medal qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO