Ançelottidən La Liqaya cavab: "Sistemi dəyişmək istəyirik"

Ançelottidən La Liqaya cavab: "Sistemi dəyişmək istəyirik"

Hazırda oxunan: Ançelottidən La Liqaya cavab: "Sistemi dəyişmək istəyirik"
233765
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın prezidenti Xavyer Tebasın sözlərini şərh edib.

Bizim.Media xəbər verir ki, mütəxəssis La Liqanın çərçivəsində "Atletiko"ya qarşı keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında deyib:

"Prezident Tebas arxayın ola bilər: heç kəs "Real"da dəli olmayıb. Biz sistemi dəyişmək istəyirik. Onlar hamısı buna qarşıdırlar. Amma digərləri də narazıdırlar və sistemi dəyişmək istəyirlər. Sadəcə "Real" bunu istəyir deyə hamı buna qarşıdır".

Xatırladaq ki, daha öncə "Real" Kral İspaniya Futbol Federasiyasına göndərilən rəsmi bəyanatda hakimliklə bağlı şikayətini çatdırıb. Buna cavab olaraq isə Xavyer Tebas "Real"da dəli olublar" deyib.

Qeyd edək ki, "Real" - "Atletiko" matçı sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO