Şəhid Nurlan Qurbanlının ailəsinə mənzil verildi - FOTO

Şəhid Nurlan Qurbanlının ailəsinə mənzil verildi - FOTO

Hazırda oxunan: Şəhid Nurlan Qurbanlının ailəsinə mənzil verildi - FOTO
22985
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətən müharibəsinin şəhidi Nurlan Süleyman oğlu Qurbanlının ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfdaşın dəstəyi ilə mənzil verilib.

Bizim.Media xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Bakının Xətai rayonundakı yeni yaşayış kompleksindən mənzilin açar və sənədlərini şəhidin qardaşına təqdim edib.

Şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri, müharibə əlilləri ilə bağlı geniş miqyaslı sosial dəstək, o cümlədən onların mənzillə təminatı işləri aparılır. Ötən dövrdə həmin kateqoriyadan olan şəxslərə 9700-dək mənzil və fərdi ev verilib.

Yaxın 5 ildə isə 11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olmuş Nurlan Qurbanlı Vətən müharibəsində şərəfli döyüş yolu keçib və ötən il oktyabrın 5-də Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nurlanın ailəsinin məişət durumu və ailə vəziyyəti nəzərə alınaraq Nazirlik tərəfindən sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO