"Keşlə bazarı"nın köçürüləcəyi yer məlum oldu - VİDEO

"Keşlə bazarı"nın köçürüləcəyi yer məlum oldu - VİDEO

Hazırda oxunan: "Keşlə bazarı"nın köçürüləcəyi yer məlum oldu - VİDEO
229238
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Keşlə bazarı" kimi tanınan ticarət mərkəzində söküntü işlərinin başlanmasına sayılı günlər qalıb.

Bizim.Media xəbər verir ki, fevralın 1-nə qədər bazar boşaldılmalıdır. Söküntü işləri Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədardır.

Bəs illərdir fəaliyyət göstərən "Keşlə bazarı"nın yeni ünvanı hara olacaq?

"Dərnəgüldə yerləşən "Eurohome" tikinti malları bazarında yer ayrılıb. Hazırda orada bizim bazarın tikintisi gedir. Bayrama qədər vaxt verilsəydi, yaxşı olardı. Bu boyda bazar oraya necə yerləşəcək?!" - satıcı Baku TV-yə açıqlamasında bildirib.

Satıcıların sözlərinə görə, ticarət mərkəzinin köçürüləcəyi ərazi "Yeni Keşlə bazarı" adlandırılacaq.

Ətraflı süjetdə:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO